27 Sentyabr Anım Günü qeyd edilib
Bakı şəhəri Təhsil İdarəsinin "27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı"nına uyğun olaraq ümumməktəb tədbiri keçirilmişdir.Tədbir İkinci Qarabağ savaşında(Vətən müharibəsində) şəhid olmuş yurddaşlarımızın xatirəsi yad etmək üçün keçirilən Ümumrespublika Bir dəqiqəlik sükut aksiyasına qoşulmaqla başladı, Azərbaycan Dövlət himni səsləndirildi, Azərbaycan Dövlət bayrağı səhnəyə gətirildi.Sonra şagirdlər Vətən, şəhid, şəhidlik zirvəsi, gələcəyə inam ideyalı şeir və mahnılar səsləndirdilər.Tədbirdə Birinci Qarabağ savaşında şəhid olmuş, məktəbin məzunu və hazırda məktəbimizin adını daşıdığı İlqar Məmmədovun anası da iştirak edirdi.Şərifə ana çıxış edərək gənclərə öz xeyir-duasını verdi, onları Vətəni sevməyə və qorumağa səslədi.
Sonda məktəbin direktoru çıxış etdi.Natiq məktəblilərə şəhidlərimizi sevməyi, onları unutmamağı tövsiyə etdi, şəhidlərin əbədiyaşar olmasını vurğuladı.