"Yay məktəbi"nin sonuncu günündən

16 iyun 2021-ci il tarixdən məktəbimizdə "Yay məktəbi" fəaliyyətə başlayıb. Şagirdlər məşğələlərə böyük maraqla gəlirlər. "Yay məktəbi"nin hər günü əvvəlcədən tərtib olunmuş proqram və təsdiq olunmuş cədvəl əsasında keçirilir.

 30.06.2021-ci il tarixində məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi fil.ü.f.d Qurbanova Aytən və musiqi müəllimi İmanova Sevincin təşkilatçılığı ilə Vll-VIll siniflər üçün birlikdə hazırladıqları maraqlı tədbir keçirildi. Tədbir "Nizami ili" çərçivəsində "Nizami işığında"adı altına təşkil olunmuşdu.Nizami yaradıcılığının cahanşümal xarakteri,Nizami yaradıcılığında türkçülük ənənələri və s.barədə maraqlı məlumatlar,şairin yaradıcılığından seçmələr--qəzəllərin qiraəti,poemalarından seçilmiş hissələrin səhnələşdirilməsi,7A sinif şagirdi Cavad Ağayevin ifasında "Sevgili canan" və"Sənsiz" romanslarının ifası tədbiri rəngarəng etdi

Sonda məktəbin direktoru çıxış edərək "Yay məktəbi"nə rəng qatan bu tədbirin təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi