"Yay məktəbi"nin sonuncu günündən

16 iyun 2021-ci il tarixdən məktəbimizdə "Yay məktəbi" fəaliyyətə başlayıb. Şagirdlər məşğələlərə böyük maraqla gəlirlər. Yay məktəbinin hər günü əvvəlcədən tərtib olunmuş proqram və təsdiq olunmuş cədvəl əsasında keçirilir.

30.06.2021-ci il tarixində məktəbimizin tarix müəllimi Qurbanova Nuriyyə və Azərbaycan dili və ədəbiyyat müəllimi Babayeva Tünzalənin V-VI siniflər üçün birlikdə hazırladıqları maraqlı bir dərs keçirildi. Qabaqcadan dərs prosesində film nümayişi və şagirdlərin film əsasında esse yazması nəzərdə tutulmuşdu. Dərs müəllimlərin motivasiya xarakterli söhbətləri və şagirdlərə ünvanlanmış suallarla başlandı. Əvvəlcə qədim insanların yaşadığı ilk və ən uzun sürən cəmiyyət-- ibtidai icma quruluşu haqqında çəkilmiş "Milyon il eradan əvvəl"(1966 B-yük Britaniya), daha sonra ərəb ağalığına qarşı döyüşən,son arzusu Azərbaycanı azad görmək olan Babək haqqında çəkilmiş "Babək"(1979 Azərbaycanfilm) filmlərindən fraqmentlər nümayiş olundu. Filmlər şagirdlərin böyük marağına səbəb oldu. Nümayişdən sonra şagirdlər filmlər əsasında "Qədim insanın təbiətlə mübarizəsi","Qırx il kölə kimi yasamaqdansa..." mövzularında esselər yazdılar. Yazılmış esselər şagirdlərin iştirakı  ilə oxundu, müzakirə olundu və sonda 5 nəfər qalib mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi