"Yay məktəbi"nin şagirdlər üçün maraqla davam edir

16 iyun 2021-ci il tarixdən məktəbimizdə "Yay məktəbi" fəaliyyətə başlayıb. Şagirdlər məşğələlərə böyük maraqla gəlirlər. Yay məktəbinin hər günü əvvəlcədən tərtib olunmuş proqram və təsdiq olunmuş cədvəl əsasında keçilir.

29.06.2021-ci il tarixdə məktəbimizin tarix müəllimi Məmmədova Pərvanə ibtidai siniflər üçün hazırladığı "Zəfər tarixinə baxış" adlı maraqlı dərs təşkil etdi. Dərs prosesində "Qərənfildən xarı bülbülə" şərti adı ilə Azərbaycanın Birinci və İkinci Qarabağ müharibəsindəki dövrdə, eləcə də, iki müharibə arasındakı dövrdə baş verən siyasi hadisələr işıqlandırıldı. Dərs prosesində vətənpərlik mövzusunda mahnı səsləndirildi, İkinci Qarabağ müharibəsi ərəfəsində Azərbaycanın döyüşə hazırlıq vəziyyətini və zəfər paradını əks etdirən videoçarx nümayiş etdirildi. Dərsin sonunda şagirdlərin bilikləri əsasında mövzu ilə bağlı yarış təşkil olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi