"Yay məktəbi" şagirdlər üçün maraqla davam edir
Bildiyimiz kimi 16.06.2021-ci il tarixdən məktəbimizdə "Yay məktəbi" fəaliyyətə başlayıb.
"Yay məktəbi"nin proqramına azərbaycan dili, riyaziyyat, ingilis dili fənləri üzrə məşğələlər, psixoloji məsləhət və oyun saatları, müxtəlif intellektual oyunlar, "Tullantılaran incəsənətə" adlı məşğələlər, idman saatı, musiqili-əyləncəli oyunlar daxil edilmişdir. Bunlardan əlavə "Yay məktəbi" proqramına fizika, kimya, biologiya fənn biliklərinin möhkəmləndirilməsi və bu biliklərin sosial mühitdə istifadə edilməsinin öyrənilməsi məqsədilə "Riyaziyyat və təbiət fənlərinin inteqrativ tədrisi" mövzusunda dərs məşğələləri də daxil edilmişdir.
Məşğələni məktəbin direktor müavini Mahirə Nuriyeva apardı, tədris zamanı PİSA beynəlxalq qiymətləndirmə proqramının oxu, riyaziyyat və fənn bilikləri istiqamətli tapşırıqları tədqiq olundu.
Necə deyərlər şagirdlər adətən çətin hesab etdikləri bu fənlərə aid biliklərini əyləncəli şəkildə dərinləşdirməyə sövq edildilər.