"Yay məktəbi"nin fəaliyyəti davam edir.

16 iyun 202 -ci il tarixndən məktəbimizdə "Yay məktəbi" fəaliyyətə başlayıb. Şagirdlər böyük maraqla "Yay məktəbi"nə gəlirlər.

Yay məktəbinin hər günü əvvəlcədən tərtib olunmuş proqram və təsdiq olunmuş cədvəl əsasında keçirilir.

Yay məktəbinin növbəti-maraqlı dərslərindən biri...

Bu dəfə məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimləri Elnurə Məmmədova və Tünzalə Babayeva dərslərini "Nizami Gəncəvi ili”nə uyğun qurublar.Belə ki, əvvəlcə dərsdə Nizami Gəncəvi irsi ilə bağlı bəzi məqamlar anlayışın çıxarılması üsulu ilə şagirdlərin fəaliyyətində üzə çıxarıldı, dahi Nizamidən kəlamlar söylənildi, şagirdlər     bir-birindən maraqlı izahlarla fikirlərini ifadə etdilər.

Dərsdə milli geyim geyinmiş müəllimlərimiz özləri də fərqli bir təqdimatda yenilik edərək N.Gəncəvinin “Sənsiz” qəzəlini ifa etdilər.

Dərs “Nizamini sevirik və öyrənirik” şüarı ilə sonlandırıldı.

Qeyd edək ki, “Yay məktəbi”nin təşkil edilməsində əsas məqsəd şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi və şagirdlərin hərtərəfli inkişafına əlavə töhfə verilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi