"Yay məktəbi"nin fəaliyyəti davam edir
16 iyun 2021-ci il tarixindən məktəbimizdə "Yay məktəbi" fəaliyyətə başlayıb. Şagirdlər böyük maraqla "Yay məktəbi"nə gəlirlər.
Yay məktəbinin hər günü əvvəlcədən tərtib olunmuş proqram və təsdiq olunmuş cədvəl əsasında keçirilir.
24 iyun tarixində cədvələ əsasən məktəbin ingilis dili müəllimi İsgəndərova Şəfiqə 5-ci sinif şagirdlərinin iştirakı ilə "Turpun nağılı" əsərini səhnələşdirdi.Dərs şagirdlərinin ingilis dilində dinləyib-anlama bacarıqlarının inkişafına hesablanmışdı.
Qeyd edək ki, “Yay məktəbi”nin təşkil edilməsində əsas məqsəd şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi və şagirdlərin hərtərəfli inkişafına əlavə töhfə verilməsindən ibarətdir.