Yay məktəbində psixoloji məşğələlər davam edir

24.06.2021-ci il tarixində baş tutan psixoloji məşğələdə şagirdlər dairə şəklində əyləşdilər.Hər bir şagird öz adını və adının birinci hərfi ilə başlayan müsbət keyfiyyətini söylədi.

Şagirdlərlə "Hörümçək toru" psixoloji məşgələsi keçirildi.Şagird özünün hobbisi, sevdiyi rəngi və sevdiyi yemək haqqında məlumat verdi, yumağı digər istənilən şagirdə atdı və həmin şagird də eyni şəkildə məlumat verdi. Beləliklə hörümçək toru əmələ gəldi.Hamiya söz verildikdən sonra yumaq geri qaytarılaraq tam açıldı və tor dağıldı.

Bu tapşırıqlar şagirdlərin mənəvi-psixoloji problemlərini aradan qaldırmaq və kommunikasiya bacarıqlarını inkişaf etdirmək üçün nəzərdə tutulmuşdu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi