"Yay məktəbi"nin fəaliyyəti davam edir

16 iyun 2021-ci il tarixindən məktəbimizdə "Yay məktəbi" fəaliyyətə başlayıb. Şagirdlər böyük maraqla "Yay məktəbi"nə gəlirlər.Yay məktəbinin hər günü əvvəlcədən tərtib olunmuş proqram və təsdiq olunmuş cədvəl əsasında keçirilir.

22 iyul tarixində cədvələ əsasən məktəbin tarix müəllimləri Qurbanova Nuriyyə və Məmmədova Pərvanə 5-ci və 6-cı siniflərdə Zəfər tariximizə həsr olunmuş "Qarabağ Azərbaycandır" mövzusunda dərs keçdilər.

Dərs zamanı kontur xəritə əsasında şagirdlərə işğaldan azad olunmuş ərazilərin azad olunduğu tarixləri qeyd etmək tapşırıldı, qaliblər müəyyənləşdi.

Şagirdlər Zəfər tariximizə aid təqdim olunan sualları cavablandırdı, milli qəhrəmanlarımız haqqında məlumatlar verdilər.

Qeyd edək ki, “Yay məktəbi”nin təşkil edilməsində əsas məqsəd şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi və şagirdlərin hərtərəfli inkişafına əlavə töhfə verilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi