"Yay məktəbi"nin fəaliyyəti davam edir

Artıq üç gündür ki, məktəbimizdə "Yay məktəbi" fəaliyyətə başlayıb. Şagirdlər böyük maraqla "Yay məktəbi"nə gəlirlər.

Yay məktəbinin üçüncü günü də təsdiq olunmuş cədvəl əsasında keçirildi. Cədvələ əsasən məktəbin tarix müəllimi Məmmədova Pərvanə 8-ci siniflərdə çox maraqlı dərs təşkil etdi. O, şagirdlərlə "müstəqil feodal dövlətləri, xanlıqlar və Türkmənçay müqaviləsi" mövzusunu müzakirə etdi. Müzakirə zamanı şagirdlər iki qrupa bölünərək Azərbaycanda müstəqil feodal dövlətlərin yaranmasınin müsbət və mənfi cəhətləri və Tükmənçay müqaviləsinin faciəvi nəticələri müzakirə olundu. Şagirdlər kontur xəritə üzərində pazllardan istifadə etməklə xanlıqların ərazilərini qeyd etdilər. Onlara xüsisi kartlarda təqdim olunan suallar əsasında XVIII əsrin sosial, iqtisadi, siyasi vəziyyətinə dair sualları cavablandırdılar . Dərsin sonunda 44 günlük müharibə zamanı qələbənin təmin olunmasında xalqımızın vəhdəti, dövlətin və ali baş komandanın yeritdiyi düzgün siyasətin əhəmiyyəti vurğulandı.

Qeyd edək ki, “Yay məktəbi”nin təşkil edilməsində əsas məqsəd şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi və şagirdlərin hərtərəfli inkişafına əlavə töhfə verilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi