"Yay məktəbi" fəaliyyətinin 3-cü günü ilə davam edir
Artıq üç gündür ki, məktəbimizdə "Yay məktəbi" fəaliyyətə başlayıb. Şagirdlər böyük maraqla "Yay məktəbi"nə gəlirlər.
Yay məktəbinin üçüncü günü də təsdiq olunmuş cədvəl əsasında keçirildi. Cədvələ əsasən məktəbin tarix müəllimi Qurbanova Nuriyyə 5-ci siniflərdə çox maraqli dərs təşkil etdi. 5-ci sinfin proqrami butun dövrləri əhatə etdiyi üçün müəllim dərsə müasir dövrlə basladı. Azərbaycan, Turkiyə dövlət bayraqları və Xarı bülbül fotosunun nümayişi ilə qoyulan problemi uşaqlar tez hell etdilər. Sonra hadisələr bizi keçmişimizə apardı. Lövhədə "Alma agaci" xronoloji oyun oynanıldı. Uşaqlar həm tarixi faktları təkrarladılar həm də müxtəlif meyvələrlə mükafatlandırıldılar . Qədimi qablarlarla bəzədilmiş sinif guşəsi şagirdlərin diqqətini çəkdi. Onlarla birlikdə bununla bağlı diskusiya aparıldı. Daha sonra şagirdlər 2 komandaya bölündü, "Şuşa" və "Bakı" komandaları vasitesi ilə intellektual oyun oynanıldı. "Şuşa" komandası qalib oldu. Dərsin sonunda şagirdlər milli geyimlərimizi nümayiş etdirdilər. Bir sözlə beşincilər üçün bu dərs keçmişə qısa bir səyahət təsiri bağışladı.
Qeyd edək ki, “Yay məktəbi”nin təşkil edilməsində əsas məqsəd şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi və şagirdlərin hərtərəfli inkişafına əlavə töhfə verilməsindən ibarətdir.