"Yay məktəbi"nin fəaliyyəti davam edir
Artıq iki gündür ki, məktəbimizdə "Yay məktəbi" fəaliyyətə başlayıb.Şagirdlər böyük maraqla "Yay məktəbi"nə gəlirlər.
Yay məktəbinin ikinci günü də təsdiq olunmuş cədvəl əsasında keçirildi. Cədvələ əsasən məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimləri Babayeva Tünzalə və Məmmədova Elnurə 6 -cı siniflərdə intellektual yarış keçirdi.
Açıq havada təşkil olunan yarışda şagirdlər Zəfər və Uğur komandarı adı altında qruplaşaraq bir-birilərinə suallar ünvanlayırdılar. Qalib komandanın üzvləri mükafatlandırıldı.
Daha sonra komanda üzvləri arasınd növbəti yarışmada - "Ən gülməli şəkil " müsabiqəsi keçirildi. Sonda uşaqlar hazırladıqları kiçik səhnəciyi təqdim etdilər.
Növbəti günlərdə bu kimi məşğələlər yenidən planlaşdırılacaq.
Qeyd edək ki, “Yay məktəbi”nin təşkil edilməsində əsas məqsəd şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi və şagirdlərin hərtərəfli inkişafına əlavə töhfə verilməsindən ibarətdir.