"Yay məktəbi"nin fəaliyyəti davam edir

Artıq iki gündür ki, məktəbimizdə "Yay məktəbi" fəaliyyətə başlayıb.Şagirdlər böyük maraqla "Yay məktəbi"nə gəlirlər.

Yay məktəbinin ikinci günü də təsdiq olunmuş cədvəl əsasında keçirildi. Cədvələ əsasən məktəbin psixoloqu Sevinc Əzimova ibtidai siniflərdə psixoloji məşğələ təşkil etdi.

O, şagirdlərlə psixoloji məsğələdə özgüvən çalısması keçirdi. Şagirdlər qutudan çixan süpriz sualı cavablandırdı, dogru cavab veren şagirdlə isə oyun təşkil olundu, gözleri baglı şəkildə gizlədilmiş əşyanı psixoloqun izahatı və istiqamətləndirməsi əsasında tapdilar.

Şagirdlərin özlərini daha rahat ve azad şəkildə ifadə etməsi üçün art   terapiya məşğləsi kecirildi.Hər şagird öz rəngini seçdi və əlləri həmin rənglə boyandı və ağ vərəqə əllərini basdilar.

Növbəti günlərdə bu kimi məşğələlər yenidən planlaşdırılacaq.

Qeyd edək ki, “Yay məktəbi”nin təşkil edilməsində əsas məqsəd şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi və şagirdlərin hərtərəfli inkişafına əlavə töhfə verilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi