26 paytaxt məktəblisi məntiq olimpiadasının qalibi olub

Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının final mərhələsinin nəticələri açıqlanıb. 

Finalda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 26 şagirdi qalib olub. Belə ki, 4 nəfər I, 9 nəfər II, 13 nəfər isə III yerin sahibi olub.

V sinif şagirdləri arasında keçirilən olimpiadanın final turunda şagirdlər məntiqi təfəkkürə dair sualları cavablandırıblar.

Qeyd edək ki, olimpiadanın keçirilməsində əsas məqsəd Lütfi Zadənin irsini təbliğ etmək, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onları həvəsləndirmək və elmə olan marağını artırmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi