Siniflərə şəhid adları verilib
Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında "Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2020-2021-ci tədris ili üçün fəaliyyət planının 3.2-ci bəndinə (Vətən müharibəsi şəhidlərinin anım günlərinin keçirilməsi, onların həyat və mübarizə yolunu əks etdirən videobülletenlərin hazırlanması) əsasən məktəbdəki siniflər şəhid adları ilə adlandırılmış və şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədi ilə xatirə lövhələri hazırlanmışdır.