Buraxılış imtahanlarına hazırlıq davam edir

Bildiyimiz kimi hər il doqquzuncu siniflərdə DİM tərəfindən buraxılış imtahanları keçirilir.

Bu imtahanlarda şagirdlərin nəticələrinin ilbəil yaxşılaşması istiqamətində bütün məktəblər mütəmadi işlər görür.

Məktəbdə 2020-2021-ci tədris ili çərçivəsində buraxılış imtahanlarına hazırlıq məqsədi ilə nəzərdə tutulmuş fəaliyyətlər ardıcıl olaraq həyata keçirilir.

Belə ki, şagirdlər bilik səviyyələrinə görə qruplara ayrılıb, onlara uyğun əlavə məşğələ cədvəli hazırlanıb, proqramlar tərtib olunub.Virtual məktəb platformasında keçilən məşğələlərdə hər bölmədən sonra monitorinqlər aparılır və nəticələr həm valideyinlərlə həm də şagirdlərlə müzakirə olunur.

19.05.2021-ci il tarixində də növbəti monitorinq xüsusi karantin qaydalarını gözləmək şərti ilə məktəbdə keçirildi.

Azərbaycan dili, riyaziyyat və ingilis dili fənnindən buraxılış imtahanının qiymətləndirmə çərçivəsinə uyğun hazırlanmış sualları şagirdlər verilmiş vaxt aralığında cavablandırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi