Məntiq yarışmasının Final mərhələsi baş tutub
21, 36, 145 və 298 nömrəli məktəblərin birgə əməkdaşlığı çərçivəsində görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyi münasibəti ilə 28 aprel 2021-ci il tarixində 4 məktəbin 4-cü və 5-ci sinif şagirdləri arasında keçirilmiş məntiq yarışmasının Final mərhələsi baş tutdu.
Final mərhələsində məktəblərin direktorları, fənn müəllimləri şagirdlər virtual məktəb platformasında təşkil olunmuş görüşə qatıldılar.İlk öncə məktəb rəhbərləri çıxış edərək belə bilik yarışlarının şagirdlərin inkişafında müsbət rol oynadığını onların sosial münasibətlərini yaxşılaşdırdığını, özünəinam, sağlam rəqabət hissinin düzgün aşılandığını bildirdilər. Daha sonra görüşün aparıcısı 298 nömrəli məktəbin riyaziyyat müəllimi Sahibə Vəlizadə uşaqlara yarışın qaydalarını izah etdi və testin linkini öncədən yaradılmış qrupa yerləşdirdi. Saat 19:00 da aktivləşən 30 sualdan ibarət olan test tapşırığını şagirdlər 2 saat ərzində kameraları açıq olmaq şərti ilə cavablandırdılar.
Final mərhələsinin nəticəsinə görə adları aşağıda qeyd olunan şagirdlər qalib gəlmişdir.
Ad soyad Məktəb Bal Yer
1.Hidayət Qurbanlı 298 29 1
2.Zibəxanım Rəcəbli 36 29 1
3.Leyla Kərimova 145 29 1
4.Səbinə Hüseynli 145 29 1
5.Rüstəm Cəfərzadə 145 28 2
6.Tuncay Quluzadə 36 28 2
7.Sadiq Sadiqzadə 145 28 2
8.Həsən Quliyev 145 28 2
9. Nicat Qardaşov 298 28 2
10.Aişə İsmayıllı 36 28 2
11.Elmar Əlixanov 145 27 3
12.Nuray Əlizadə 145 27 3
13.Əliyusif Ağazadə 298 27 3
14.Raul Əliyev 145 27 3
15.Rüqəyya Həsənli 21 26 3
16.Fərhad Hüseynzadə 298 26 3
17.İbrahim Şirinov 145 26 3
18.Müslüm Abuzərli 145 26 3
Bütün qalibləri təbrik edirik.