Microsoft Teams platforması üzərindən professor Elçin İsgəndərzadə ilə görüş keçirildi

29 aprel 2021- ci il tarixdə məktəbin fəaliyyət planına uyğun olaraq şagirdlərdə tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, vətənpərvərlik duyğularının möhkəmləndirilməsi məqsədilə məktəbdə şair Elçin İsgəndərzadə ilə "Qaldır döyüş bayrağını, Hayqır zəfər sorağını" adlı görüş keçirilmişdir.

Müsahibə xarakterli görüşdə Elçin İsgəndərzadə ona ünvanlanmış doğulduğu şəhər Şuşa, Şuşanın işğaldan əvvəl, işğal zamanı və zəfər günlərindən sonrakı vəziyyəti, müsahibin alim, şair, müəllim, xeyriyyəçilik fəaliyyəti, dünyanın 30-dan çox ölkəsində Vətənin, xüsusilə Qarabağın, Şuşanın təbliği, erməni vandallarının işğal olunmuş ərazilərdə törətdiyi vandallıqları və.s. barədə suallarını cavablandırdı. Bundan başqa alim-şair Şuşayla bağlı uşaqlıq xatirələrini bölüşdü, milli adət-ənənələrimiz, Şuşa və digər Qarabağ torpaqlarının tanınmış şəxsiyyətləri, flora və faunası, mədəni abidələri, tanınmış şəxsiyyətləri və s. haqda məlumat verdi.

Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Nuriyeva çıxış edərək qonağı salamladı, maraqlı məlumatlar üçün ona öz təşəkkürünü bildirdi.Görüşün sonunda məktəbin direktoru Xatirə Hacıyavaya söz verildi.Natiq qonağı salamlayaraq bu tipli tədbirlərin təhsilalanların bir şəxsiyyət kimi formalaşmasında böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq qonağa və tədbirin təşkilatçısı Xatirə Rəhimovaya öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi