Məktəbdaxili monitorinqlər davam edir
Tədris pedaqoji prosesinin idarə edilməsi, şagird nəaliyyətlərinin izlənilməsi, həm ibtidai,həm də yuxarı siniflər üçün nailiyyətlərin yüksəldilməsi istiqamətində işlərin görülməsi məqsədi ilə bütün siniflərdə monitorinqlərə start verilmişdir.Bunun üçün məktəbdaxili qrafik hazırlanmış siniflər üzrə keçiriləcək fənlər müəyyənləşdirilmiş və bununla bağlı məktəbdaxili əmr imzalanmışdır .
17 aprel tarixində növbəti monitorinq 8-9 - cu siniflərdə baş tutdu. Şagirdlər Microsoft formsda hazırlanmış 45 test tapşırığını 40 dəqiqə ərzində yerinə yetirdilər. İmtahanın şəffaflığının təmin olunması üçün məktəbin coğrafiya müəllimi Rzazadə Tuqay, riyaziyyat müəllimi Vəlizadə Sahibə və ingilis dili müəllimi Aslanova Sahilə siniflərdə şagirdlərin kameraları açıq şəkildə test tapşırıqlarını yerinə yetirməsinə nəzarət etmişdir.