"Yaşamaq gözəldir " adlı maarifləndirici tədbir keçirilib
17.04.2021-ci il tarixində Virtual Məktəb platforması üzərindən intihar,intihar səbəbləri,intihara meyilliliyin müəyyən olunması,intihar təhlükəsinin aradan qaldırılması və s.mövzuların aydınlaşdırılması məqsədi ilə valideyinlərlə " Yaşamaq gözəldir " adlı maarifləndirici tədbir keçirildi.
164 nəfərin iştirak etdiyi tədbirdə TDM nin nümayəndəsi Səidə Əhmədova , məktəb rəhbərliyi,müəllimlər və valideyinlər iştirak edirdi.
Tədbiri açan Xatirə Rəhimova müasir dövrün şagirdlər arasında yaranmış aktual problemlərini sadaladıqdan sonra sözü məktəbin psixoloqu Sevinc Əzimovaya verdi. Sevinc Əzimova mövzuya həsr olunmuş mühazirəsini təqdim etdi. Daha sonra Səidə Əhmədova mövzu ətrafında çıxış edərək valideyin- övlad münasibətlərinin düzgün qurulmasından, valideyinlərin tərbiyədə yol verdikləri səhvlərdən, doğru hesab etdikləri,lakin uşaqların psixoloji inkişafına mənfi təsir göstərən yanlışlardan danışdı, valideyinlərin suallarını cavablandırdı.
Sonda məktəbin direktoru da öz fikirlərini bölüşdü, belə tədbirlərin vacibliyini qeyd edərək iştirakçıkara təşəkkür etdi.
Tədbir həm valideyinlər, həm də müəllimlər tərəfindən yüksək qiymətləndirildi.