1 mart Ümumdünya Mülki Müdafiə günü qeyd olundu
Hər il 1 mart Ümumdünya Mülkü Müdafiə günü kimi qeyd olunur. Bununla əlaqədar 1 mart 2021 - ci il tarixində Mülkü Müdafiə qüvvələrinin qərargah rəisi Mahirə Nuriyeva və məktəbin hərbi rəhbəri Təfsil Məmmədov mülki müdafiə və fövqəladə hallardan mühafizə sahəsində məktəblilərin maarifləndirilməsi məqsədi ilə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, baş verə biləcək fövqəladə hallar zamanı düzgün davranış qaydaları barədə vərdişlərin aşılanması barədə məlumatlar verdilər.
Məlumatlar əyani tədrisdə olan uşaqlara əyani,distant dərslərdə olanlara isə virtual məktəb platforması üzərindən çatdırıldı.