"Xocalı Soyqırımı şagirdlərin gözü ilə" rəsm sərgisi təşkil olunub
25 fevral 2021-ci il tarixində məktəbdə fəaliyyət göstərən Rəsm dərnəyinin və ibtidai siniflərin iştirakı ilə Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş rəsm sərgisi təşkil olunub. Dərnək üzvlərinin və məktəbin digər şagirdlərinin əl işlərinin nümayiş olunduğu sərgidə soyqırım qurbanlarını əks etdirən rəsmlər yer alıb.
Sərgidə nümayiş olunan rəsmlərlə iki yaş kateqoriyasında dəyərləndirilərək işləmə texnikası, ideyası və tərtibatı ilə fərqlənənlər seçilmiş və diplomla təltif olunmuşdur.