Gənc bioloqların yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirildi

May ayının 19-da Azərbaycan Tibb Universitetində gənc bioloqların yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirildi.Bakı şəhər məktəblilərinin biologiya fənninə olan marağının daha da artırılması, onların bu sahədə bilik səviyyəsinin yüksəldilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə təşkil olunan müsabiqə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 22 fevral 2016-cı il tarixli 88 nömrəli əmri ilə elan edilmişdir.Müsabiqənin birinci mərhələsi-təhsil müəssisələrində 01-31 mart 2016-cı il tarixlərində, ikinci mərhələsi-Bakı şəhərinin rayonları üzrə 01-22 aprel 2016-cı il tarixlərində təşkil olunmuşdur.Azərbaycan Tibb Universitetində keçirilən müsabiqənin rəsmi hissəsini açan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva tədbir iştirakçılarını salamladıqdan sonra müsabiqənin gedişatından məlumat verdi. Müsabiqədə iştirak edən uşaqların gələcəkdə savadlı bioloq, həkim olacağına inamını ifadə edən BŞTİ müdiri yaratdıqları şəraitə görə Tibb Universitetinin rəhbərliyinə minnətdarlığını bildirdi. Belə müsabiqələrin ənənə halını alması arzusunu dilə gətirən Məhəbbət xanım, bunun məktəblər və universitetlər arasında sıx əməkdaşlığa səbəb olacağını dedi.Daha sonra çıxış edən ATU-nun tədris işləri üzrə prorektoru Sabir Əliyev Tibb Universitetinin yaranma tarixindən danışdı, gələn qonaqlara Universitetin fəaliyyəti barədə məlumat verdi.Rəsmi hissədən sonra müsabiqənin final mərhələsinə start verildi. Qeyd edək ki, final mərhələdə 24 komanda - 7, 12, 27, 54, 93, 106, 117, 153, 160, 167, 168, 211, 217, 218, 232, 235, 252, 253, 254, 291, 297, 307, 312, 315 nömrəli tam orta məktəblərin komandaları iştirak edirdi.Bakı şəhəri ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdlərinin iştirak etdiyi müsabiqənin final mərhələsində tərkibi 3 nəfərdən ibarət olan komandalar 2 akademik saat ərzində ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin proqramlarına uyğun olaraq biologiya fənni üzrə 30 sualdan ibarət testi, 5 məsələni və 1 təcrübə işini yerinə yetiriblər.Qaliblər ekspert qrupu tərəfindən 5 bal sistemi ilə müəyyənləşdirilib. Çox bal toplayan komandalar qalib hesab olunub.Qeyd edək ki, final mərhələsində qalib komandaların rəhbərləri ilə yanaşı, həmin məktəblərin direktorları, tərbiyə işləri üzrə direktor müavinləri və uşaq birliyi rəhbərləri də iştirak ediblər. Müsabiqənin qaliblərinə Bakı Şəhəri üzrə Təhsil İdarəsində təşkil ediləcək yekun tədbirində diplom və hədiyyələr veriləcəkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi