Mənim ana dilim, mənim kimliyim!

21 fevral 2021-ci il tarixdə Microsoft Teams platforması üzərindən 21 Fevral Ümumdünya Ana Dili Gününə həsr olunmuş "Mənim ana dilim, mənim kimliyim" adlı ədəbi-bədii kompozisiya təqdim olundu.

Tədbirdə Ana Dili Gününün tarixindən, Azərbaycan dilinin türk dilləri ailəsindəki mövqeyindən, tanınmış dilçi alimlərin ana dilimiz uğrunda apardıqları mübarizə və gördükləri işdən bəhs olundu.Eyni zamanda ana dilinə həsr olunmuş şeirlər söylənildi,mahnılar oxundu.

Tədbirin sonunda məktəbin direktoru Xatirə Hacıyeva çıxış edərək Azərbaycan Respublikasının multikultural bir ölkə olmasından, öz ana dilimizlə yanaşı ölkəmizdə yaşayan bir sıra xalqların da dilinə dövlətimiz tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açdı.

Natiq çıxışının sonunda tədbirin təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi