Psixoloji mövzuda dəyirmi masa
Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-260 nömrəli 13.05.2019-cu il tarixli və Bakı şəhəri üzrə Təhsil İdarəsinin F-233 nömrəli 20.05.2019-cu il tarixli əmrlərinin icrasını təmin etmək üçün hazırlanmış "Ümumtəhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət planı"na uyğun olaraq məktəbin psixoloqu Sevinc Əzimovanın təşkilatçılığı ilə "Psixoloji təsir və emosional gərginliyin aradan qaldırılmasının səmərəli yolları" mövzusunda dəyirmi masa təşkil olundu.Tədbirdə S.Əzimovanın mövzu ilə bağlı məruzəsi dinlənildi,slaydlar şəklində tərtib olunmuş sualları cavablandırıldı,şagirdlərin fikirləri dinlənildi və onlara müəyyən tövsiyələr edildi.