“Ekoerudit” məktəblilərin ekoloji breyn-rinq bilik yarışı keçirilir

“Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələri yerinə yetirmək və məktəblilərin ekoloji maarifləndirilməsini genişləndirmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birgə əməkdaşlığı ilə “Ekoerudit” məktəblilərin ekoloji breyn-rinq bilik yarışı keçirilir.Tərkibi VIII-XI sinif şagirdlərindən təşkil edilmiş və 5 nəfərdən ibarət olan komandalar ümumtəhsil məktəblərinin təbiət fənlərinin, məktəbdənkənar təhsil müəssisələrinin isə ekoloji dərnəklərinin tədris proqramlarına daxil edilmiş ekoloji mövzular - ekologiyanın əsasları, Azərbaycan flora və faunası, bioloji müxtəlifliyin qorunması, qlobal ekoloji problemlər, ətraf mühitə əlverişsiz təsirlər, ekoloji təhlükəsizlik, ətraf mühit və sağlamlıq, Xəzərin ekologiyası, iqtisadiyyat və ətraf mühit, meşələrin davamlı istifadəsi və qorunması, xüsusi mühafizə olunan təbiət əraziləri, davamlı inkişaf, alternativ enerji mənbələri, ətraf mühit üzrə beynəlxalq konvensiyalar və ölkə qanunvericiliyi, ekoturizm və ekoloji mədəniyyət üzrə sualları cavablandırırlar.“Ekoerudit” breyn-rinq bilik yarışının əsas məqsədi məktəblilərin ekoloji biliklərinin artırılması, ətraf mühitə məsuliyyətli münasibət, ekoloji dünyagörüşü və ekoloji mədəniyyətin formalaşdırılmasıdır.Bilik yarışının əsas vəzifəsi isə məktəblilərdə ekologiya elminə maraq və həvəs oyatmaq, ekoloji problemlərin həllində fəal həyat mövqeyi, təbiətə qayğıkeş və humansit münasibət formalaşdırmaq, təbii ehtiyatların davamlı istifadəsinə dair bilik və bacarıqları inkişaf etdirmək, ekoloji bilikləri sınaqdan keçirməkdən ibarətdir.Hazırda Bakı şəhərinin ayrı-ayrı rayonları üzrə yarışlar keçirilir. “Ekoerudit” məktəblilərin ekoloji breyn-rinq bilik yarışının Bakı şəhər zona turunda Nəsimi, Nizami, Nərimanov, Xətai, Səbail, Yasamal, Binəqədi, Xəzər, Pirallahı, Sabunçu, Qaradağ, Zəngilan, Şuşa rayonlarından bir komanda olmaqla ümumilikdə 14 komanda iştirak edəcəkdir. Zona turunun ən yaxşı üç qalib komandası isə respublika turunda iştirak etmək hüququ qazanacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi