"20 yanvar həqiqətləri" mövzusunda Seminar-dərs təşkil olundu

20 Yanvar 2021-ci il tarixdə məktəbin Virtual məkanında “20 Yanvar həqiqətləri” mövzusunda seminar-dərs təşkil olundu. Seminar məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Mahirə Nuriyevanın altında reallaşdı. İlk olaraq Azərbaycan himni səsləndi.

Məktəbin direktoru Xatirə Hacıyeva giriş sözü ilə seminarın başlanmasını elan etdi, şəhidlərimizin ruhu 1 dəqiqəlik sükut ilə yad edildi. Daha sonra coğrafiya müəllimi - Tuqay Rzazadə, tarix müəllimi-Yeganə Heydərova, Azərbaycan dili və Ədəbiyyatı müəllimləri – Elnurə Məmmədova və Tünzalə Babayeva çıxış edərək auditoriyanı seminarın və eləcə də öz çıxışlarının məzmunu ilə tanış etdilər.Adları çəkilən müəllimlər müəyyənləşdirdirilən istiqamətlər üzrə şagirdləri ilə bərabər öz araşdırmalarını və təqdimatlarını nümayiş etdirdilər,şagirdlər arasında diskussiya təşkil etdilər. Belə ki, seminarda 20 Yanvar hadisələri tarixi, coğrafi, siyasi baxımdan təhlil edildi. 20 Yanvar həqiqətlərinin Azərbaycan ədəbiyyatında əksi haqqında müzakirələr aparıldı, şagirdlər şeirlərdən nümunələr gətirdilər.

Daha sona məktəbin tarix müəllimləri – Nuriyyə Qurbanova və Pərvanə Məmmədova, azərbaycan dili və ədəbiyyatı müəllimi – Səbinə Nuriyeva 20 Yanvar faciəsi haqqında öz fikir və mülahizələrini təqdim etdilər.

Çıxışlardan sonar direktor müavini Mahirə Nuriyeva xalqımızın yaşadıqları faciələrin və uğurların gələcək nəsillərə çatdırılması ilə bağlı fikirlərini söylədi. Seminarın ən maraqlı tərəfi bundan ibarətdir ki, Qanlı Yanvar hadisəsini görməyən şagirdlər bu faciəni o gecənin şahidləri kimi şərh edirdilər.Bu isə milli ruhun sağlam olmasından xəbər verir. Digər maraqlı bir tərəf isə budur ki: əvvəlki görüşlərdən, dərslərdən fərqli olaraq şagirdlər daha inamlı, daha güvənli danışırdılar.

Seminarın sonunda məktəbin direktoru Xatirə Hacıyeva Qanlı Yanvar hadisəsi ilə bağlı xatirələrini bölüşdü, başımıza gətirilən faciələrin tərbiyəmizə və milli ruhumuza təsirindən danışdı. İştirakçılara təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi