Vətən müharibəsinin qəhrəman döyüşçüləri ilə görüş kecirildi
Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında Təhsil Nazirliyinin 2020-2021-ci tədris ili üçün fəaliyyət planı əsasında hazırlanmış 298 nömrəli tam orta məktəbin eyni adlı iş planının icrası davam edir.
30 dekabr 2020-ci il tarixində Virtual məktəb platforması üzərindən Vətən müharibəsinin qəhrəman döyüşçüləri,könüllü cəbhəyə yollanan ata və ogul Çingiz Qəhrəmanov və Rəşad Qəhrəmanlı ilə məktəb şagirdlərinin onlayn görüşü keçirildi.
Tədbir Azərbaycan Dövlət Himni ilə açıldı və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı. Qəhrəman döyüşçülər müharibə xatirələrindən,torpaqların işğaldan azad olunmasından,44 günlük müharibənin zəfərə gedən yolundan danışdılar.Birinci Qarabağ döyüşlərində də vuruşmuş Çingiz Qəhrəmanov keçmiş xatirələrini, hər iki savaşın fərqli cəhətlərini şagirdlərlə bölüşdü. 97 nəfərin qatıldığı videokonfransda şagirdlər döyüşçülərə öz suallarını ünvanladılar, onlara təşəkkür və minnətdarlıq hisslərini özlərinə məxsus emosiyalarla çatdırdılar. Qəhrəmanlar qarşısında onların vətənpərvərlik duyğularının daha da artması gözlərindəki sevinc hisslərindən aydın sezilirdi.
Videokonfrans şagirdlərin döyüşçülərlə birlikdə səsləndirdiyi "Qarabağ Azərbaycandır !" şüarı ilə yekunlaşdı.