“Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqənin məktəbdaxili mərhələsi baş tutub
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqəyə start verilib.
12.12.2020- ci il tarixində VIII-XI sinif şagirdləri arasında,virtual məktəb platformasında müsabiqənin məktəbdaxili mərhələsi baş tutub.
Əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq,Vətən Müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad etmək, Azərbaycan Ordusunun göstərdiyi şücaətə uşaq və gənclərin diqqətini cəlb etmək, habelə xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq,şagirdlərdə araşdırmaq,təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdən ibarət olan müsabiqədə Azərbaycanın,xüsusilə də işğaldan azad olunmuş ərazilərin tarixi,mədəniyyəti,coğrafiyası,tanınmış şəxsiyyətləri,tarixi abidələri barədə şagirdlərin məlumatlılıq səviyyəsi yoxlanılıb.
Məktəbdaxili mərhələdə ən yüksək nəticə əldə etmiş 9a sinif şagirdi Cəbrayılov Rauf Ramin oğlu seçilərək müsabiqənin II mərhələsinə təqdim olunub.
II mərhələ Bakı şəhərinin inzibati rayonları üzrə 16-22 dekabr 2020-ci il tarixlərində təşkil olunacaq.
Hər inzibati rayon üzrə ilk 3 yerin sahibi olan şagirdlər müsabiqənin 23-30 dekabr 2020-ci il tarixlərində keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanacaq.
Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq.