Şagirdlər ümummilli lider Heydər Əliyevi anıb

11.12.2020-ci il tarixində məktəbdə  ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar onlayn silsilə  tədbirlər təşkil olunub.

 Anım tədbirlərində ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra şagirdlərə müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan dahi şəxsiyyət haqqında ətraflı danışılıb.

Məktəblilər ümummilli liderin Azərbaycan tarixində və beynəlxalq aləmdəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasəti,həmçinin elm və təhsil sahəsində əldə etdiyi böyük nailiyyətlər barədə məlumatlandırılıblar.

Şagirdlər anım tədbirlərində ulu öndərə həsr olunmuş şeirlər söyləyiblər. Onu qürurla, fəxrlə xatırlayıblar.

Onların keçirilən tədbirin görüntülərindən videoçarxlar hazırlanıb və məktəbin internet səhifələrində yayımlanıb.

https://youtu.be/BeUT9zLQm7g

https://youtu.be/3Lw4KJ54QSk

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi