Əhmədiyyə Cəbrayılov-100

    Əhmədiyyə Cəbrayılovun 100 illiyinə həsr olunmuş videokonfrans  keçirildi.

5 dekabr 2020- ci il tarixində Virtual məktəb platforması üzərindən xalqımızın igid oğlu Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi münasibəti ilə videokonfrans keçirildi.

75 nəfərin qatıldığı videokonfransda müəllimlər , şagirdlər , məktəb rəhbərliyi və qonaq qismində ehtiyatda olan polkovnik leytenant uzun müddət "Ordu"qəzetinin redaktoru işləmiş, hərbi jurnalist İbrahim Rüstəmli iştirak etdi. 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbiri giriş sözü ilə məktəbin direktoru Xatirə Hacıyeva açdı. Əvvəlcə hər kəsi Vətən müharibəsinin qələbə ilə bitməsi münasibəti ilə təbrik etdi. Daha sonra XX əsrdə bəşəriyyətin məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizim üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin keçirilməsinin vacibliyini vurğuladı. Rəşadətli döyüş yolu keçmiş Azərbaycanın mərd oğlu Əhmədiyyə Cəbrayılov haqqında danışmaq üçün sözü İbrahim Rüstəmliyə verdi. İbrahim Rüstəmli 1941- ci ildə Əhmədiyyə Cəbrayılovun könüllü surətdə cəbhəyə yollanmasından, Fransa Müqavimət hərakatında iştirakından, keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarından , onun müharibədən sonrakı və əvvəlki həyatından danışdı. Qeyd etdi ki , onun oğlu -  Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Mikayıl Cəbrayılov Azərbaycanın ilk Milli qəhrəmanlarındandır. Sonda şagirdlər qonağa öz suallarını verdilər , qələbə ruhlu şeirlər səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi