Şəhidlər bir dəqiqəlik sükutla yad edildi
04.12.2020-ci il saat 12:00-da
canlarını Azərbaycanın ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbir pandemiyadan qorunmaq üçün elan olunmuş karantin şəraiti dövrünə təsadüf etdiyi üçün virtual şəkildə həyata keçirilmişdir.Bir dəqiqəlik sükut mərasimindən sonra məktəbin müəllimləri çıxış etmiş,Vətən torpaqlarının işğaldan azad edilməsi,bunun üçün göz qırpmadan belə döyüşə atılan igidlərimiz,canını Vətən üçün qurban verən şəhidlərimiz barədə öz hiss və duyğularını bölüşmüş,Ali baş komandanımız İlham Əliyevin apadığı düzgün daxili və xarici siyasətin ,ordu quruculuğunun Vətən müharbəsinin qələbə ilə bitməsinin təməli olduğundan ürəkdolusu söhbət açmışlar.