“Yaşıl dağ” aksiyası keçiriləcək
Mayın 14-də IDEA İctimai Birliyinin təşəbbüsü, Təhsil Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi ilə kağız tullantıların toplanmasına həsr olunmuş “Hər kağızı bir yarpağa dəyişək” layihəsi çərçivəsində növbəti “Yaşıl dağ” aksiyası keçiriləcək.Aksiyanın keçirilməsində əsas məqsəd ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdan ibarətdir.Ənənəvi olaraq, hər il keçirilən “Yaşıl dağ” sosial aksiyası Sumqayıt, Sabirabad və Bərdə şəhərlərində reallaşdırılıb və ictimaiyyətin geniş marağına səbəb olub.Regionlarda başlayan “Yaşıl dağ” aksiyası bu dəfə Bakı şəhərində dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və özəl sektorun nümayəndələrini, eləcə də vətəndaşları ətraf mühitin mühafizəsi naminə bir yerə toplayacaq.Aksiya 5 saylı Bakı "ASAN xidmət" Mərkəzində (Nizami rayonu, Heydər Əliyev prospekti 115) baş tutacaq. Təbiətin qorunmasına və ekoloji balansın bərpasına öz töhfəsini vermək istəyən şəxslər kağız tullantısı gətirərək aksiyaya qoşula bilərlər!