Bakı şəhəri Məktəblilərarası I Məntiq Olimpiadası final mərhələsi keçiriləcək

Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “İstək” liseyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Lütfi Zadə adına Bakı Şəhəri Məktəblilərarası I Məntiq Olimpiadası”nın final mərhələsi keçiriləcək.Olimpiadanın 15 may tarixində təşkil olunacaq final mərhələsində əvvəlki mərhələnin nəticələrinə əsasən 65%-dən artıq nəticə göstərmiş 2812 artıq şagird yarışacaq. Olimpiadanın final mərhələsi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müəyyən olunmuş məktəblərdə keçiriləcək. Final mərhələsinin keçiriləcəyi məktəblərin ünvanları şagirdləri final mərhələsində iştirak etmək hüququ qazanan məktəblərə göndəriləcək.Olimpiadanın final mərhələsində də suallar məntiqi təfəkkürün bədii, mücərrəd və verbal sahələrini uyğun olaraq tərtib olunacaq. Olimpiada zamanı yüksək nəticə göstərən şagirdlər təşkilatçılar tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaq.Xatırladaq ki, bu il ilk dəfə keçirilən “Lütfi Zadə adına Bakı Şəhəri Məktəblilərarası I Məntiq Olimpiadası”nın ənənəvi olaraq hər ilk keçirilməsi nəzərdə tutulub. Olimpiadada bu il Bakı şəhəri ümumi təhsil müəssisələrinin V-VI siniflərində təhsil alan 23833 şagird iştirak edib.Olimpiada məktəblilər arasında məntiqə olan marağı artırmaqla, onların məntiqi təfəkkür və düşüncə tərzinin, şəxsi keyfiyyətlərinin formalaşmasına, diqqət, qavrama, hafizə və nitq kimi vacib bacarıqlarının inkişafına müsbət təsir göstərmək məqsədi ilə təşkil olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi