Uğurlar Cəmilə

   Məlum olduğu kimi, hər il Heydər Əliyev irsinin gənclərimiz tərəfindən dərindən öyrənilməsi üçün müxtəlif mövzulu müsabiqələr təşkil olunur. Ulu öndərin 96-cı ildönümünə həsr olunmuş növbəti müsabiqə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusuna idi. Məktəbin 10A sinif şagirdi Cəmilə Rzayevanın tarix müəllimi Nuriyyə Qurbanovanın rəhbərliyi ilə hazırladığı “ I Dünya müharibəsi və Azərbaycanlı generallar” mövzusundakı məruzə də böyük marağa səbəb olmuş və müsabiqə komissiyası tərəfindən yüksək qiymətləndirilmişdir. Müsabiqə qaliblərinin məruzələri Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə “Elm və təhsil” nəşriyyatında kitab halında çap  olunmuşdur.Təbii ki, Cəmilə Rzayevanın məruzəsi də qalib iş kimi həmin kitab da yer almışdır.

   24.12.2019-cu ildə sözügedən kitabın Bakı Şəhər İcra Hakimiyyətində təqdimat mərasimi keçirilmişdir.Təqdimatda Bakı şəhər Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev də iştirak etmiş,şagirdlərə və onların elmi rəhbərlərinə təqdimatı keçirilmiş “Heydər Əliyev və Azərbaycan tarixi” kitabını təqdim etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi