Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinə ekskursiya

Bakı Şəhəri üzrə Təhsil idarəsinin 13.03.2023-cü il tarixli 1-29-59/3-2-123F/2023 №-li əmri ilə təsdiq edilmiş, “Dəyərlərimizi qoruyaq” layihəsinin icrası ilə bağlı 20 aprel 2023-cü il tarixində məktəbin 2b sinif müəllimi Z.Məmmədova şagirdlərlə birgə Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinə ekskursiyaya getdilər. Ekskursiyanın əsas məqsədi, tarix və mədəniyyət abidələrimizin tanıdılması istiqamətində şagirdlər arasında maarifləndirici işin aparılmasıdır.