Dəyərlərimizi qoruyaq
Bakı Şəhəri üzrə Təhsil idarəsinin 13.03.2023-cü il tarixli 1-29-59/3-2-123F/2023 №-li əmri ilə təsdiq edilmiş, “Dəyərlərimizi qoruyaq” layihəsinin icrası ilə bağlı 18 aprel 2023-cü il tarixində məktəbin kitabxanasında görüş keçirildi. Şagirdlər xalqımızın adət-ənənələrinin əks olunduğu güşə ilə tanış oldular.
Qədim tarixə,zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının əski çağlardan bu günə daşıyıb gətirdiyi mənəvi dəyərlərimiz və adət-ənənələrimiz barədə kitabxana müdiri S.Hacıyeva şagirdlərimizə geniş məlumat verdi. Milli adət-ənənələrimizi qoruyub saxlamağı tövsiyyə etdi.