“Novruz bayramı”na həsr olunmuş dərs
Şagirdləri milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, dəyərlərimizi qoruyub gələcək nəslə olduğu kimi çatdırmaq hər bir müəllimin borcudur. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13.03.2023-cü il tarixli 3-29-59/3-2-123F/2023 №-li əmri ilə təsdiq edilmiş “Dəyərlərimizi qoruyaq!” layihəsi çərçivəsində məktəbin 4a sinif müəllimi L.Həsənova şagirdlərlə birlikdə “Novruz bayramı”na həsr olunmuş dərs keçirdilər.Dərsdə şagirdlər qrup şəklində çalışdılar. Səməni, keçəl-kosa, çərşənbələr, bayrama aid tapmacalar və digər novruz atributlarını vurğuladılar.