“Sağlam bədəndə sağlam ruh olar”- idman viktorinası
27 fevral -3 mart 2023-cü il tarixində idman həftəsi çərçivəsində 3b sinif şagirdləri arasında “Sağlam bədəndə sağlam ruh olar” başlığı altında idman viktorinası keçirildi. Şagirdlər “Qarabağ”, “Şuşa”, “Xarıbülbül”,və “İgidlər” komandalarına bölünmüşdülər. Sualları cəld və doğru cavablandıran “Qarabağ” və “İgidlər” komandaları qalib oldular. Viktorinanın sonunda qalib komandalar mükafatlandırıldılar.