İdmançıların yarışa hazırlığının psixoloji yanaşması
Psixoloji hazırlıq idmançıların əldə etdiyi nəticəyə böyük təsir göstərir. Məktəbin psixoloqu Ü.Rzayeva, idman müəllimləri E.Zamanov və V.Adilova şagirdlərlə görüş keçirdi. Psixoloq görüşdə yarışa hazırlığın vacibliyindən danışdı. Çünki uğurlu nəticə nümayiş etdirmək psixoloji hazırlıqdan da asılıdır. Psixoloq nəzərə çatdırdı ki, idmançının yarışa hazırlığı özünə inamdan, özünü sübut etmək və qələbəyə nail olmaq istəyindən asılıdır.