Tarixin qanlı gecəsi
Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 2023-cü il 15 fevral tarixli 3-29/3-2-55F/2023 nömrəli əmri ilə təsdiq edilmiş “Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən 24 fevral 2023-cü il tarixində 4b sinif müəllimi S.Muxtarlı şagirdlərlə birgə Xocalıda şəhid olmuş soydaşlarımızın ruhunu bir dəqiqəlik sükutla yad etdilər. Baş vermiş faciə haqqında videorolik nümayiş olundu və şagirdlər şeirlər söylədilər.