Xocalı qurbanları yad edildi
Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 2023-cü il 15 fevral tarixli 3-29/3-2-55F/2023 nömrəli əmri ilə təsdiq edilmiş “Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən 24 fevral 2023-cü il tarixində N.Aslanova 8c sinif şagirdləri ilə birgə “Xocalı faciəsinin otuz birinci ildönümü” ilə bağlı dərs keçdi. Xocalıda şəhid olmuş soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edildi. Baş vermiş faciə haqqında Ağayeva Həsiyyənin çıxışı maraqla dinlənildi.