Xocalıda baş verən faciə
Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 2023-cü il 15 fevral tarixli 3-29/3-2-55F/2023 nömrəli əmri ilə təsdiq edilmiş “Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na əsasən 24 fevral 2023-cü il tarixində M.Tağıyeva 7a sinif şagirdlərlə birgə “Xocalı faciəsinin otuz birinci ildönümü” ilə bağlı məlumat verdi. Xocalıda dinc əhalinin başına gətirilən müsibətlərdən söhbət açdı. Dərsin sonunda şagirdlər hazırladıqları şeirləri söylədilər.