“Qoca aşpaz” adlı mətn üzərində iş
17.02.2023-cü il tarixində Azərbaycan dili aylığı çərçivəsində məktəbin Azərbaycan dili müəllimi A.Əlizadə 6a sinfində Azərbaycan dili fənnindən “Qoca aşpaz” adlı mətn üzərində iş aparmışdır. Dərs zamanı şagirdlər qrup şəklində bəstəkar V.A.Motsartın həyatından bir hissəni oxudular. Qruplarla iş şəklində mətnin mövzusu və ideyasını müəyyənləşdirdilər. Müxtəlif üsullarla mətni mənimsədiklərini nümayiş etdirdilər. Sonda qiymətləndirmə aparıldı.