“Narkomaniyaya yox deyək!” adlı tədbir keçirildi

10.02.2023-cü il tarixində məktəbimizdə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirildi. Tədbirdə XRPİ-nin rəisi polis polkovniki Məmmədov İlqar, XRPİ-nin şəxsi heyyət üzrə rəis köməkçisi polis polkovnik-leytenantı Mehərrəmov İdris, Şəhər Narkoloji Mərkəzin həkim-narkoloqu Nadirli Aytən, XRJH-nın İctimai-siyasi və humanitar şöbəsinin baş məsləhətçisi İsrafilova Mehriban, məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak etdilər.Tədbir Azərbaycan Respublikasının Himni və Azərbaycan suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Çıxış edən natiqlər narkomaniyanın yaradığı fəsadlardan və ona qarşı mübarizədən danışdılar.Tədbirin sonunda şagirdlərin ifasında kiçik bir tamaşa təqdim olundu. Şagirdlərin çıxışı və tədbir qonaqlar tərəfindən yüksək qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi