Şəhidlik zirvəsinə ucalmış Məhərrəmov Fərid Asif oğlu

8 fevral İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Məhərrəmov Fərid Asif oğlunun doğum günüdür. Fəridin xatirəsini yad etmək məqsədilə məktəbin 5b sinif müəllimi S. Hüseynzadə şagirdlərlə birgə məktəbin konfrans zalında tədbir keçirdi. İştirak edənlər sırasında Xətai Rayonu İcra Hakimiyyətinin nümayəndəsi, şəhidimizin valideynləri və məktəb rəhbərliyi var idi. Tədbirdə Azərbaycan Respublikasının Himni səsləndi, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Şagirdlər Fəridin həyat hekayəsindən bəhs etdilər və şeirlər söylədilər.