Pedaqoji şura iclası keçirildi
Məktəb rəhbərliyi və müəllim kollektivinin iştirakı ilə 01.02.2023-cü il tarixində pedaqoji şura iclası keçirildi. İclasda direktor müavinləri, metodbirləşmə sədrləri, dərnək rəhbərləri, “Kiçik Akademiya”nın sədri və psixoloq 2022-2023-cü tədris ilinin birinci yarımil ərzində görülən işlər haqqında məruzə ilə çıxış edərək hesabat verdilər.