Unutsaq, unudularıq!
18.01.2023-cü il tarixində məktəbin kitabxanasında 8-ci sinif şagirdləri ilə 20 Yanvar faciəsinə həsr olunmuş “Unutsaq, unudularıq!” başlığı altında konfrans keçirildi. Kitabxana müdiri S.Hacıyeva 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqının başına gətirilən müsibətlərlə bağlı suallar verdi. Həmin gün vətənin azadlığı uğrunda mübarizəyə qalxan günahsız insanlar sovet qoşunlarının amansız vəhşiliyinin qurbanı oldu.
O gündən “Şəhidlər Xiyabanı” dünənimizi bu günlə, bu günümüzü sabahla birləşdirən müqəddəs bir məkan oldu.