Şagirdlərin şəxsiyyət kimi formalaşmasında təfəkkürün inkişafı
Şagirdlərin şəxsiyyət kimi formalaşmasında təfəkkürün inkişafı çox mühüm amildir. Xüsusilə də şagirdlərdə yaradıcı təfəkkürün formalaşması əhəmiyyət kəsb edir. Buna görə də, məktəbin psixoloqu Ü.Rzayeva 17 yanvar 2023-cü il tarixində III və IV sinif şagirdləri ilə təfəkkürün inkişafının yoxlanmasına dair məşğələ keçirmişdir.