Şagirdlərin oxu bacarığı yoxlanıldı
Xarici dil aylığı çərçivəsində ingilis dili müəllimləri M.Hüseynova və Y.Sofuyeva tərəfindən IX-X sinif şagirdləri arasında məktəbin kitabxanasında tədbir keçirildi. Tədbirin əsas məqsədi şagirdlərin oxu bacarığını yoxlamaq idi. Tədbirdə məktəbin direktoru R.Ələkbərova da iştirak etdi. Düzgün tələffüzü ilə seçilən şagirdlərə hədiyyələr təqdim olundu.